
Azərbaycan Dövlət Proqramı
Dövlət proqramına uyğun universitetləri müəyyənləşdirin və müraciət prosesinizi peşəkar dəstək ilə planlaşdırın.
Proqram haqqında ümumi məlumat
Dövlət Proqramı Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almasını dəstəkləyən və ölkənin gələcək inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını hədəfləyən dövlət təşəbbüsüdür.
2022–2028-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına prioritet ixtisas istiqamətləri üzrə xarici universitetlərdə bakalavriat, magistratura və doktorantura təhsili almaq imkanı yaradılır.
Proqramın əsas üstünlüklərindən biri təhsil haqqı ilə yanaşı, yaşayış, tibbi sığorta, viza və beynəlxalq nəqliyyat kimi xərclərin də müəyyən edilmiş qaydalar çərçivəsində dövlət tərəfindən maliyyələşdirilməsidir.
Dövlət Proqramının məqsədi yalnız gənclərin xaricdə təhsil almasını təmin etmək deyil, həm də onların beynəlxalq təcrübə, müasir bilik və praktiki bacarıqlar əldə edərək Azərbaycanın elmi, iqtisadi və sosial inkişafına töhfə verməsinə şərait yaratmaqdır.
Hər il 10-larla tələbəmiz Dövlət Proqramı qalibi olaraq, nüfuzlu universitetlərdə təhsil almağa başlayırlar.

Dövlət Proqramına qəbul prosesi necə həyata keçirilir?
Proses ərzində ROOF Academy olaraq tələbələrə dəstəyik.
Dövlət Proqramı namizədlərə nə qazandırır?
Azərbaycan Dövlət Proqramına uyğun universitetləri seçmək və müraciət prosesini planlaşdırmaq üçün sizə aydın və mərhələli yol təqdim edirik.
1. Nüfuzlu universitetlərdə təhsil
Dünyanın qabaqcıl universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində beynəlxalq standartlara uyğun təhsil almaq imkanı.
2. Dövlət tərəfindən maliyyə dəstəyi
Təhsil haqqı, yaşayış, tibbi sığorta, viza və beynəlxalq nəqliyyat daxil olmaqla, müəyyən edilmiş xərclərin dövlət tərəfindən qarşılanması.
3. Beynəlxalq bilik və təcrübə
Qlobal akademik mühitdə müasir biliklərə yiyələnmək, praktiki bacarıqları inkişaf etdirmək və beynəlxalq əlaqələr qurmaq imkanı.
4. Karyera və peşəkar inkişaf
Beynəlxalq təcrübə və ixtisas bilikləri sayəsində peşəkar bacarıqları gücləndirmək, karyera imkanlarını genişləndirmək və Azərbaycanın inkişafına töhfə vermək.
Tez-tez verilən suallar
Dövlət Proqramına xarici universitetlərdən müvafiq təhsil proqramları üzrə qəbul almış və müəyyən edilmiş seçim meyarlarına cavab verən Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Namizədlər akademik göstəricilər, xarici dil biliyi və seçdikləri təhsil səviyyəsinə uyğun digər tələblərə cavab verməlidirlər.
Konsultasiyaya yazıl
Məlumatlarınızı bölüşün, sizinlə əlaqə saxlayaq