Ümumi ingilis dili

Oxu, yazı, dinləmə və danışıq bacarıqlarınızı beynəlxalq standartlara uyğun proqramla sistemli şəkildə inkişaf etdirin və ingilis dilindən gündəlik, akademik və peşəkar mühitdə inamla istifadə etməyə başlayın.

Ümumi ingilis dili kursu ilə biliklərinizi inkişaf etdirin

ROOF Academy-nin ümumi ingilis dili kursu A1-dən B2-yə qədər səviyyələri əhatə edir. Beginner, Elementary, Pre-Intermediate, Intermediate və Upper-Intermediate mərhələləri üzrə proqramla ingilis dili biliklərinizi səviyyənizə uyğun, sistemli şəkildə inkişaf etdirə bilərsiniz.

Dərslər IELTS üzrə 7.0 və daha yüksək nəticəyə malik təcrübəli müəllimlər tərəfindən keçirilir. Müəllimlərimiz peşəkar və pedaqoji bacarıqlarını davamlı təkmilləşdirir, beynəlxalq sertifikatlaşdırma proqramlarında mütəmadi iştirak edirlər.

Kursa başlamazdan əvvəl yazılı səviyyə testi və danışıq bacarıqlarının qiymətləndirilməsi aparılır. Nəticələrə əsasən bilik səviyyənizə uyğun qrupa yerləşdirilirsiniz. Beləliklə, tədris prosesi mövcud bilikləriniz və öyrənmə hədəfləriniz nəzərə alınaraq qurulur.

İngilis dilini gündəlik ünsiyyətdə daha rahat və inamlı istifadə etmək üçün öyrənin.

Güclü təməl qurun

Əsas qrammatika qaydalarını və gündəlik ünsiyyətdə istifadə olunan söz ehtiyatını mənimsəyin.

Davamlı praktika edin

Müntəzəm məşqlər və interaktiv dərslərlə dinləmə, danışıq, oxu və yazı bacarıqlarınızı paralel inkişaf etdirin.

Dili real həyatda tətbiq edin

Öyrəndiklərinizi gündəlik, akademik və peşəkar situasiyalarda inamla istifadə etməyə başlayın.

İnkişafınızı izləyin

Müntəzəm qiymətləndirmələr və müəllim rəyləri ilə inkişafınızı izləyin, güclü və inkişaf etdirilməli tərəflərinizi müəyyənləşdirin.

Öz səviyyənizi seçin

Hazırkı bilik səviyyənizə uyğun qrupa qoşulun və sizin üçün ən uyğun öyrənmə yoluna başlayın.

Ümumi İngilis Dili proqramı

Təcrübəli müəllimlərimizin rəhbərliyi ilə kiçik qruplarda və ya fərdi dərslərdə A1-dən B2-yə qədər bütün səviyyələr üzrə ingilis dilini effektiv və sistemli şəkildə öyrənin.

Beynəlxalq səviyyələrA1 (Beginner), A2 (Elementary), B1 (Pre-Intermediate), B1+ (Intermediate), B2 (Upper-Intermediate)
Təcrübəli müəllimlərDərslər minimum 7.0 IELTS nəticəsinə malik müəllimlər tərəfindən tədris olunur.
Davamlı inkişaf edən akademik komandaMüəllimlərimiz beynəlxalq sertifikatlar əldə edir, müasir tədris metodlarını mənimsəyir və peşəkar inkişaflarını davamlı şəkildə inkişaf etdirirlər.
Sizin məqsədiniz, bizim missiyamızdırHər bir tələbənin fərdi məqsədlərinə çatmasını dəstəkləyən motivasiyaedici və nəticəyönümlü tədris mühiti təqdim edirik.

Tədris strukturu və sertifikat

Tədris proqramı beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb və hər bir tələbənin sistemli inkişafını təmin etmək məqsədi daşıyır.

Proqrama başlamazdan əvvəl diaqnostik test və danışıq qiymətləndirməsi
4–6 nəfərlik kiçik qruplarda interaktiv dərslər
Həftədə 2 əsas dərs (hər biri 90 dəqiqə)
Həftədə 3 əlavə danışıq (Speaking) dərsi
Hər səviyyənin sonunda yekun imtahan
Proqramı uğurla tamamlayan tələbələr üçün sertifikat

Tez-tez verilən suallar

Dil öyrənmək həm də davamlı vərdişlərin formalaşmasını tələb edir. Bu proses vaxt aparır və 30 gün ərzində dili tam mənimsəmək real deyil.

Konsultasiya

Konsultasiyanızı planlaşdırmaq üçün aşağıdakı formu doldurun. Komandamız detalları təsdiqləmək üçün sizinlə əlaqə saxlayacaq.

Adınız

Soyadınız

nümunə@mail.com

Telefon nömrəsini daxil edin

Mətni yazın

Qlobal təhsil sahəsində aparıcı qurumlarla əməkdaşlıq

Social icon