Sizi qlobal uğura aparan yola hazırlayırıq

Bizim hekayəmiz

ROOF Academy olaraq ingilis dili, beynəlxalq imtahanlara hazırlıq və xaricdə təhsil üzrə peşəkar dəstək göstərir, tələbələrin akademik hədəflərini reallaşdırmasına kömək edirik.

2017-ci ildən təhsil hədəflərinizə dəstək

ROOF Academy gənclərin dünyanın aparıcı universitetlərinə qəbuluna dəstək göstərən təhsil şirkətidir. Xaricdə təhsil, IELTS, TOEFL və SAT imtahanlarına hazırlıq, ümumi ingilis dili, uşaqlar üçün ingilis dili, Azərbaycan və ingilis dillərində riyaziyyat dərsləri, Təhsil Yolu Xəritəsi və yay məktəbləri üzrə ixtisaslaşırıq.

2017-ci ildən etibarən, artıq 9 ildir ki, tələbələrə və onların ailələrinə xidmət göstəririk. Komandamızda Azərbaycanda və xaricdə təhsil almış, IELTS, TKT, TESOL, ICEF, CELTA və digər beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislər çalışır.

Fəaliyyətimiz dövründə minlərlə gəncin xaricdə təhsil arzusunu reallaşdırmasına dəstək olmuşuq. 2500-dən çox tələbəmiz dünyanın 35 ölkəsində müxtəlif universitetlərə, o cümlədən 100-dən çox tələbəmiz TOP 10 universitetə qəbul olub.

Tələbələrimiz MIT, Cambridge, Oxford, Columbia University, Imperial College London, UCL, KAIST, NUS, UPenn, Michigan, Georgia Tech, Johns Hopkins, Illinois Urbana-Champaign, Babson, North Carolina at Chapel Hill, UBC, Toronto, McGill, Glasgow, Warwick, UNSW Sydney, TUM, Bocconi, PSL və Nanyang kimi nüfuzlu universitetlərdə təhsil alırlar.

2000-dən çox tələbəmizin IELTS üzrə orta nəticəsi 7.0, 1500-dən çox tələbəmizin SAT üzrə orta nəticəsi isə 1400-dən yuxarıdır.

“Parlaq Gələcək” devizi ilə tələbələrin özünəinamını gücləndirməyə, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə və qlobal dünyada uzunmüddətli uğur üçün zəruri akademik düşüncə tərzini formalaşdırmağa kömək edirik.

Missiya

Missiyamız daim yeniliklər tətbiq etməklə tələbələrimizi innovativ və keyfiyyətli təhsil mühiti ilə təmin etmək, onlar üçün parlaq gələcək qurmaqdır.

Vizyon

Yüksək keyfiyyətli təhsil vasitəsilə gənclər üçün təhsil bələdçisi olmaq və qlobal rəqabətdə aparıcı təhsil şirkəti olaraq qalmaq.

Dəyər

Biz tələbə mərkəzli təlimə, akademik dürüstlüyə, inkişafa və uzunmüddətli uğura yönəlmiş nəticəyönümlü təhsilə inanırıq.

ROOF Academy sizə necə dəstək olur?

Hər tələbənin başlanğıc nöqtəsi, bilik səviyyəsi, öyrənmə ehtiyacları və təhsil hədəfləri fərqlidir. Buna görə hazırlıq prosesini fərdi plan əsasında qurur, güclü tərəfləri möhkəmləndirir və inkişaf tələb edən bacarıqlar üzərində işləyirik.

Təcrübəli müəllimlərimiz və sistemli tədris proqramlarımızla tələbələri beynəlxalq imtahanlara və akademik tələblərə hazırlayırıq. İrəliləyişi mütəmadi qiymətləndirərək hər tələbənin öz inkişafını izləməsinə və hədəfinə doğru planlı şəkildə çalışmasına kömək edirik.

Bilik səviyyənizə və hədəfinizə uyğun fərdi hazırlıq planı
Hədəf nəticənizə uyğun imtahan strategiyası
Beynəlxalq universitetlərə müraciət prosesində peşəkar dəstək
Öyrənməyə və inkişafa həvəsləndirən müasir təhsil mühiti

Real nəticələr. Sübut olunmuş uğurlar

500-dən çox tələbəmiz dünyanın 35 ölkəsində təhsil alır. 2000-dən çox tələbəmizin IELTS üzrə orta nəticəsi 7.0, 1500-dən çox tələbəmizin SAT üzrə orta nəticəsi isə 1400-dür.

~10,000

tələbə bizimlə parlaq gələcəyə addımlayıb.

90+ %

tələbə bilik və bacarıqlarını inkişaf etdirib.

95%

tələbə hazırlıq zamanı özünəinamının artdığını bildirib.

Təcrübəli müəllimlərdən öyrənin, real nəticələr əldə edin

Ekspert müəllimlərimiz tələbələri akademik uğura və qlobal təhsil imkanlarına hazırlayır.

"Hər tələbənin fərdi strategiyaya ehtiyacı var. Məqsədimiz yalnız yüksək nəticələr deyil, həm də uzunmüddətli akademik uğurdur."

Rüfət Hüseynzadə

CEO

Təhsil sahəsində qlobal liderlərlə əməkdaşlıq

Social icon