Xaricdə təhsil üzrə mütəxəssis
ROOF Academic Training-də Xaricdə Təhsil Mütəxəssisi vakansiyası. Vəzifə universitet və təhsil proqramlarının araşdırılması, tələbələrin müraciət prosesinin idarə edilməsi, qəbul sənədlərinin hazırlanması və xaricdə təhsil imkanları ilə bağlı fərdi məsləhətlərin təqdim edilməsini əhatə edir.
Xaricdə təhsil üzrə mütəxəssis
Şirkət haqqında qısa: ROOF Academic Training beynəlxalq imtahanlara (IELTS, TOEFL, SAT,CSCA, AP, Olimpiada və s.) hazırlıq, ümumi və korporativ ingilis dili və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Tələblər:
● Kompüterdən və axtarış motorlarından istifadə edə bilmək
● Detallara əhəmiyyət vermək
● Akademik yazı bacarıqlarının olması böyük üstünlükdür
● Müvafiq sahə üzrə iş təcrübəsi olması üstünlükdür
● Azərbaycan dilini səlis bilmək
● İngilis dili tələbi: Upper-intermediate - B2
● MC Office proqramlarında işləmə bacarığı
Xüsusi qeydlər:
● Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması
● İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq
● Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək
● Səbrli, məsuliyyətli və punktual olmaq
Sizə nə təklif edirik:
● Gənc və dinamik komanda
● Pozitiv və motivasiyalı mühit
● İş prosesində yerli və beynəlxalq təcrübə
● Öyrənmə və inkişaf perspektivləri
Şərtlər:
Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi- Cümə 09:00-18:00, Şənbə 16:00-dək
İstirahət günü: həftənin bazar günü
Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq
Vəzifəyə müraciət edin
Komandamıza qoşulmaq istəyirsiniz? Aşağıdakı formanı təqdim edin və CV-nizi yükləyin. İnsan Resursları komandamız seçilmiş namizədlərlə əlaqə saxlayacaq.