Təhsil məsləhətçisi
Təhsil Məsləhətçisi kimi ROOF Academy-a qoşulun. Tələbələrə xaricdə təhsil, qəbul və akademik planlaşdırma ilə bağlı rəhbərlik edin. Bu gün müraciət edin.
Təhsil məsləhətçisi
Tələblərin təhsil hədəflərini təyin etmək, onlara uyğun universitet və proqram seçimində dəstək göstərir, müraciət və qəbul prosesini yüksək səviyyədə idarə etmək.
Vəzifə öhdəlikləri:
· Tələbələrə Roof Academy-nin təhsil proqramları və imkanları haqqında ətraflı məlumat vermək, onların təhsil hədəflərinə uyğun seçim etmələrinə dəstək olmaq
· Akademik planlaşdırma, hədəflərin müəyyənləşdirilməsi və fərdi inkişaf yollarının qurulmasında tələbələrə rəhbərlik etmək
· Tələbələrin təhsil prosesində qarşılaşdıqları çətinliklərin həlli məqsədilə fərdi və qrup formatında məsləhətlər vermək
· Tələbələrə sosial və emosional məsələlərdə dəstək olmaq, onların inkişafını mütəmadi izləmək
· Müəllimlər, valideynlər və digər təhsil işçiləri ilə əməkdaşlıq edərək tələbələrin akademik və şəxsi inkişafını gücləndirmək, effektiv təhsil kommunikasiyasını təmin etmək
· Bütün iş proseslərini və tələbə məlumatlarını CRM sisteminə vaxtında və dəqiq şəkildə daxil etmək
· Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində və yüksək keyfiyyətlə icra etmək
Tələblər:
· Psixologiya, Təhsil, Sosial iş və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
· Təhsil və ya sosial xidmət sahələrində iş təcrübəsi üstünlükdür
· Yüksək ünsiyyət bacarıqları, aktiv dinləmə qabiliyyəti və təqdimat bacarıqları
· Tələbələrin ehtiyaclarını düzgün analiz etmək və empatiya ilə yanaşmaq bacarığı
· Güclü təşkilatçılıq, vaxtın səmərəli idarə edilməsi və problem həll etmə bacarıqları
· Təhsil sahəsində əsas metod və yanaşmalar üzrə nəzəri və praktik biliklər
· Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək qabiliyyəti
· İngilis dili biliyi: B2
· MS Office proqramlarından istfadə etmə bacarığı