Xaricdə təhsil

Reyhan Camalova ilə müsahibə

Pensilvaniya Universiteti

Reyhan Camalova Pensilvaniya Universitetinin kampusunda

“Əsas tövsiyəm prosesə tez başlamaq olardı.”

Özünüzü təqdim edə bilərsiniz?

Mən Reyhan Camalova. Hal-hazırda Pensilvaniya universitetində kompüter elmləri üzrə 2-ci kurs tələbəsivəm. Burada Penn World və Rachleff təqaüdçüsü kimi tam təqaüdlə təhsil alıram.

Universitete hansı nəticələr ila qəbul olmuşdunuz?

Pensilvaniya universitetinə 2021-ci ildə qəbul oldum. Amerikadan UPenn-dən əlavə Stanford, Brown ve Duke universitetləri, həmçinin Amherst Kollecinə, Kanadadar isə Toronto universitetinə qəbul olmuşdum. IELTS imtahanında nəticəm 7.5 idi. Universitetə daxil olmağımda rol oynayan əsas faktorlardan biri isə dərsdənkənar fəaliyyətlərim, xüsusən başlatdığım "Rainergy' layihəsi idi.

Universitetdə təhsil necədir (dərslər elmi arasdırmalar və s. akademik fəaliyyətlər)?

Pensilvaniva universitetində dörd əsas məktəb var: biznes məktəbi. mühəndislik məktəbi, tibb bacıllğı məktəbi və kollec. Mən mühəndislik məktəbində təhsi alıram.

Mühəndislik məktəbində interdisiplinar təhsil tədris olunur, yəni məqsəd hərtərəfli bilik və bacarıqalara sahib tələbələr yetişdirməkdir. Universitet ilə bağlı ən cox bəyəndiyim şeylərdən biri də araşdırma imkanlarının olmasıdır. UPenn dünyanin ən öndə gedən araşdırma ocaqlarından biridir və buradakı professorların əksərivvəti də bu işlə məşğuldur.

Bakalavr tələbəsi olaraq ilk ilinizdən asanlıqla araşdırma ilə məşğul olmağa başlaya bilərsiniz. Professorlara onların sahələri ilə bağlı araşdırmaya marağı olduğunuzu bildirdikdə əksər hallarda müsbət cavab almaq olur. Bundan əlavə, universitetdə müxtəlif proqramlar var ki, qeydiyyatdan keçərək arașdırma üçün qrant almaq olur. Məsələn, mən ilk ilimdə burada ilk dəfa həyata kecirilən bir araşdırma proqramına qoşulmuşdum. Payız aylarında məni genetika və biokimya fokuslu bir laboratoriyaya yerləşdirdilər və orada milçəklərin RNT molekulların vizuallasdırırdılar. Laboratoriyada klonlaşdırma kimi çoxlu maraqlı şeylər övrəndim, həmçinin mikroskop ilə əldə edilən şəkillərin analizi ücün kodun yazılmasında istirak etdim. ilk öncə iş ixtisasım ilə əlaqəsiz və çətin görünsə da proses boyunca öyrənmək çox maraqlı və faydalı oldu.

Bu il də mühəndislik məktəbinin Rachleff təqaüd programına seçildim. Proqramın bir parçası olaraq araşdırma ilə bağlı xüsusi dərslər alırıq və yayda bizə araşdırma üçün qrant veriləcək. Mənim araşdırmam may ayının 30-da başlayır və machine learning ilə sosial mediada yalan məlumatların tapılması ilə bağlıdır.

Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar va s. sosial fəaliyyətlər)?

Düşünürəm ki, universitetdə tələbə həyatı çox sosial, cox aktivdir. Bunun səbəbi isə deyərdim ki, universitetin yaratdığı șəraitdir. İlk iki illərində tələbələr kampusda yerləşən yataqxanalarda qalmalıdır. Eyni yerdə yaşamaq və dərsə getmək daha sosial bir həyata gətirib çıxarır və kollec həyatı hissini yaşadır, hansı ki, məncə çox xoşdur.

Universitetdə 1000-dən artıq tələbə klubu var və bunların hər biri tələbələr tərəfindən idarə olunur. Müəyyən şərtləri ödəməklə tələbələr öz klublarını garada və universitet resurslarından klub üçün istifadə edə bilərlər.

Bəzi klublar əyləncə ilə bağlı, bəziləri isə professional inkişaf və liderlik kimi mövzularla bağlıdır. Mən özüm indiyə kimi klublarla cox aktiv olmamışam, bunun səbəbi isə əksər hallarda dərslər, həm də öyrəşmə periodum olub. Bu təbii ki, tələbədən tələbəvə dəyişir. Mən isə bu il artıq tam övrəşmişəm kimi hiss edirəm. Ən cox aktiv olduğym klub Müsəlman Tələbələr Assosiasiyası olub. Bu qrupun görüşlərində iştirak etməyə çalışmış, xüsusən də bu il və keçən il Ramazan ayında keçirilən iftarlarda olmuşam. Təcrübələrim, yaradılan mühit çox gözəl olub.

Həmçinin mühəndislik məktəbində də "Women in STEM". "Women in Computer Science"' və s. qrupların inkişaf xarakterli interaktiv görüşlərində istirak edirəm. Mən özüm növbəti semestrdan etibarən "Advancing Woman Engineers" adlı klubda board, yəni idarəedici heyətin üzvü olacam.

Olduğunuz ölkə və şəhər haqgında təəssüratlarınızı paylașa bilərsiniz?

Pensilvaniya universiteti Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir. Universitet şəhərin university city hissəsində yerləşir. Burada həmçinin Drexel va Temple universitetləri var. Temple bir qədər uzaq olsa da Drexel və UPenn kampusları demək olar ki iç-içədir Mən universitet kampusunun çox gözəl olduğunu düşünürəm, xüusən yay və yaz aylarında. Filadelfivanı da bəyənirəm lakin Universitv city-dən cox kənara çıxdığımı deyə bilmərəm. Ehtiyacım olan hər şey burada var

Bəzən dostlarla city centre, fashion district kimi yerlərə getmiş, şəhəri kəşf etdiyim də olub. Həmçinin bura ilk dəfə gəldikdə "prefrosh" proqramı çərçivəsində də şəhəri gəzmişdik. Çoxlu gəzməli, yaşıllıq, güllər dolu möhtəşəm yerlər var.

Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Əsas tövsiyəm prosesə tez başlamaq olardı. Universitetə qəbul olmaq sadəcə imtahanları verib sənəd verməkdən ibarət devil. Esselər vazmaq, dərsdənkənar fəaliyyətlərlə məsğul olmaq da çox vacibdir.

Social icon